Sabahdan 10 şəhər və rayonda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır

Bu Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Sabahdan 10 şəhər və rayonda bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır

2020-ci il 07 noyabr saat 00:00-dan 23 noyabr saat 06:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsində Şəki, Lənkəran şəhərlərinin, Qax, Zaqatala, Biləsuvar, Cəlilabad, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarının inzibati ərazisində bərbərxana və gözəllik salonlarının fəaliyyəti dayandırılır.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına dəyişiklikdə əksini tapıb.

Reaksiyanız Nədir?

like
0
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0