Fransa şokda! Gündəlik yoluxma 100 min ola bilər

Fransa Elmi Komitəsinin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır.

Fransa şokda! Gündəlik yoluxma 100 min ola bilər

Fransa Elmi Komitəsi həyəcanverici açıqlama ilə 52 010 yoluxma faktının qeydə alındığını bildirib.

Komitənin sədri Jan-Franços Delfraissi RTL kanalına verdiyi açıqlamada qeyd edib ki, Fransa gündəlik 100 min yoluxmanın astanasındadır:

“Fransada gün ərzində 50 mindən çox yoluxma qeydə alınır. Gündəlik 100 min yoluxmanın astanasında olduğumuzu təxmin edirik”.

O, ölkənin çox çətin, hətta kritik vəziyyətdə olduğunu bildirib.

Qeyd edək ki, Fransa 1 138 507 yoluxma ilə dünya ölkələri arasında beşincidir.

Reaksiyanız Nədir?

like
0
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0