“Beşiktaş” dəstək kampaniyasına başlayıb: “Azərbaycanlı uşaqlarımız üşüməsin, oyun da oynaya bilsinlər"

“Beşiktaş” klubu Ermənistan silahlı qüvvələrinin Gəncə və Bərdədə törətdiyi terror hadisəsindən zərər çəkən uşaqlara dəstək məqsədilə kampaniya başladıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu ilə “BJK – Kabataş Vəqfi”nin başlatdığı kampaniyanın adı “azərbaycanlı uşaqlarımız üşüməsin, oyun da oynaya bilsinlər”dir.
 
Vəqfin İdarə Heyətinin sədri Hasan Ali Cansızoğlu klubun rəsmi saytına açıqlamasında bu gün başladılan kampaniyanın noyabrın 12-dək davam edəcəyini söyləyib: “Vəqfimizi təşkil edən əsrlik qurumlar “bir millət, iki dövlət” gerçəyinə ürəkdən inanır, Ermənistanın Azərbaycana qarşı apardığı müharibə və insanlığa qarşı cinayətləri pisləyir. Ermənistanın mülki vətəndaşlara, xüsusən də, can qardaşlarımızın məsum uşaqlarına yaşatdığı bu insanlıq vəhşiliyini və şiddəti əsla qəbul etmirik. Azərbaycanlı uşaqlarımızın acılarını azaltmaq üçün “BJK – Kabataş Vəqfi” olaraq başlatdığımız kampaniya çərçivəsində camialarımızdan ürəyi istəyən hər kəs oyuncaq, şərf, papaq “Vodafone Park”a göndərə bilər. Klublarımızın azərbaycanlı uşaqları yalnız qoymayacaqlarına inanırıq”.
 
Qeyd edək ki, ermənilərin bu gün Bərdəyə raket hücumu nəticəsində 21 nəfər ölüb, 70-ə yaxın şəxs yaralanıb.

Reaksiyanız Nədir?

like
0
dislike
0
love
0
funny
0
angry
0
sad
0
wow
0